Məmməd Məmmədov vəfat edib

13:30 - 29 İyul 2023

Azərbaycan Respublikası Kinematoqraçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Məmmədov Moskva şəhərində vəfat edib.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş "Vulkana doğru" (1977), "Anın quruluşu"(1980), "Bağlı qapı"(1981), "Üzeyir ömrü"( 1981), "Gümüşü furqon"( 1982), "Asif, Vasif, Ağasif" ( 1983), "Burulğan" (1986), "Təxribat"( 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsisçiləri və İdarə heyəti  Xalq artisti Şəfiqə Məmmədova başda olmaqla, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!