"CinemaPlus”da Klassik Azərbaycan filmlərinin nümayişi keçiriləcək

18:57 - 28 İyul 2023

Azərbaycan kinosunun 125, "Azərbaycanfilm“ kinostudiyasının 100 illiyi münasibətilə "CinemaPlus”da “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək. Avqustun 3-dən 10-dək davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Azərbaycanfilm” kinostudiyası ilə birgə həyata keçiriləcək.

Filmlərə baxış üçün giriş sərbəstdir.

Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub:

“Arşın mal alan”

Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.1945- ci il. Bakı kinostudiyası.

“Bəxtiyar”

Rejissor: Lətif Səfərov.1955- ci il. Bakı kinostudiyası.

 

“O olmasın, bu olsun”

Rejissor: Hüseyn Seyidzadə.1956-cı il. Bakı kinostudiyası.

 

“Ögey ana”

Rejissor: Həbib İsmayılov.

1958-ci il. Bakı kinostudiyası.

 

“Uzaq sahillərdə”

Rejissor: Tofiq Tağızadə.

1958-ci il. Bakı kinostudiyası.

 

“Əhməd haradadır? ”

Rejissor: Adil İsgəndərov.

1963- cü il. “Azərbaycanfilm” k/st.

 

“Sehrli xalat”

Rejissor: Əlisəttar Atakişiyev.

1964- cü il. “Azərbaycanfilm” k/st.

 

“Bir cənub şəhərində”

Rejissor: Eldar Quliyev.

1969-cu il. “Azərbaycanfilm” k/st.

 

“Bizim Cəbiş müəllim”

Rejissor: Həsən Seyidbəyli.

1969-cu il. “Azərbaycanfilm” k/st.

 

“Şərikli çörək”

Rejissor: Şamil Mahmudbəyov.

1969-cu il. “Azərbaycanfilm” k/st.

 

“Axırıncı aşırım”

Rejissor: Kamil Rüstəmbəyov.

1971-ci il. “Azərbaycanfilm” k/st.

“Gün keçdi”

Rejissor: Arif Babayev.

 

1971-ci il. “Azərbaycanfilm” k/st.

 

“Nəsimi”

 

Rejissor: Həsən Seyidbəyli.

 

1973-cü il. “Azərbaycanfilm” k/st.

 

“Əzablı yollar”

 

Rejissor: Tofiq İsmayılov.

 

1982-ci il. “Azərbaycanfilm” k/st.

 

“Evlənmək istəyirəm”

 

Rejissor: Cahangir Mehdiyev

 

1983-cü il. “Azərbaycanfilm” k/st.

 

“Bəyin oğurlanması”

 

Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.

 

1985-ci il. “Azərbaycanfilm” k/st.

 

“Cin mikrorayonda”

 

Rejissor: Oqtay Mirqasımov.

 

1985-ci il. “Azərbaycanfilm” k/st.

 

“Atları yəhərləyin”

 

Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.

 

1985-ci il. “Azərbaycanfilm” k/st.

 

“Süd dişinin ağrısı”

 

Rejissor: Hüseyn Mehdiyev.

 

1987-ci il. “Azərbaycanfilm” k/st.

 

“Yaramaz”

 

Rejissor: Vaqif Mustafayev.

 

1988-ci il. “Azərbaycanfilm” k/st.

 

“Ölsəm… bağışla”

 

Rejissor: Rasim Ocaqov.

 

1989-cu il. “Azərbaycanfilm” k/st.