ARKİ- tərəfindən kino xadimləri mükafatlandırıldı

15:40 - 27 İyul 2023

Ənənəvi olaraq hər il avqustun 2-si  kino işçilərinin peşə bayramı -“Kino Günü” münasibəti ilə  təqdim olunan və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının  təsis etdiyi “Milli Kino Mükafatı”na cari ildə də Azərbaycan kinosuna verdikləri tövhələrə görə, eyni zamanda Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə İttifaqın təsisçiləri və idarə heyətinin yekdil qərarına əsasən   Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Ələsgər oğlu KazımzadəƏməkdar İncəsənət xadimi  kinoşünas, kinorejissor Ayaz Ramiz oğlu Salayev laiq görülüblər.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə əlamətdar olan cari ildə yubiley yaşları tamam olan  Xalq artistləri  Oqtay Mir-Qasım (80), Vaqif Mustafayev (70), Əməkdar incəsənət xadimi Cəmil Quliyev (60) ,Əməkdar mədəniyyət işçiləri Elçin Hami Axundov (75), Tərlan Babayev (60) və Sabir Vəliyev (85), təsvir rejissoru Rafiq Əliyev (70), Əməkdar artist Əliqulu Səmədov(70), aktyor Nadir Əzməmmədov(70), rəssam Elyaz Səfərov (60), prodüser Vladimir Dudniçenko (75), ssenarist Rəmziyyə Cilqamlı (70), eləcə də peşə bayramı münasibətilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 11 nəfər ömrünü kinoya həsr etmiş veteran üzvləri  pul və digər mükafatlara laiq görülüb.