ARKI-nin təsisçiləri və AKİ-nin idarə heyətinin birgə bəyanatı

12:14 - 26 İyul 2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin qarşısında yeni ideoloji hədəflər müəyyən etmişdir. Azərbaycan kinematoqrafçıları da reallığın çağırışı olan bu hədəflərə doğru irəliləyən mütərəqqi cəmiyyətimizin tərkib hissəsidir. Vətən Müharibəmizdə əldə etdiyimiz Şanlı Qələbə bizlərə birlik nümunəsi oldu. Həm 1963-cü ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ), həm də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) fəaliyyətinin təməl prinsipi də həmrəyliyə xidmət etməkdir. Məhz buna görə də ARKI-nin sədri  təsisçiləri və  AKİ-nin idarə heyəti birgə verdiyimiz bu bəyanatla bildirmək istəyirik ki, Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gəldik.

Bu təşəbbüs hər iki ittifaqın ümumi rəyini ehtiva edir və kollegial qəbul edimiş qərardır.Hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq və digər həmkarlarımızı da yeni və mütərəqqi idarəetmə modeli ilə fəaliyyət göstərmək təşəbbüsümüzə qoşulmağa çağırırıq.