Bərpa olunmuş “ Bu həqiqətin səsidir: Qara Qarayev” sənədli filminin təqdimatı keçirilib

19:21 - 19 İyun 2023

İkinci Bakı Beynəlxalq Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Oqtay Mirqasımovun “Bu həqiqətin səsidir:  Qara Qarayev” (1968) sənədli filminin bərpa olunmuş ingilis versiyasının premyerası keçirilib.

 Film Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə nümayiş olunub.

Tədbirdə Bakı Piano Festivalının kino proqramlarının kuratoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü və əməkdaşı Ülvi Mehdinin əməyi xüsusi qeyd edilib.

Daha sonra filmin müəllifi Oqtay Mirqasımov 55 il bundan əvvəl lentə alınmış filmin çəkiliş prosesindən danışıb.

Təqdimat mərasimində Qara Qarayevin sevimli tələbələrindən olan Firəngiz Əlizadə əfsanəvi 60-cı illərin təkrarolunmaz tələbə ab-havasını, dünya musiqisinin əfsanəsi ilə sanki bir kadrda təcəssüm etdirdiyinə görə kinorejissora təşəkkür edib.

İkinci bölmədə Qara Qarayevin fortepiano əsərləri - müxtəlif filmlərə yazdığı musiqilər pianoçu, Əməkdar artist Nərgiz Əliyevanın ifasında səsləndirilib.