"Yaradanlar" filminin təqdimatı keçiriləcək

13:53 - 19 İyun 2023

21 iyun saat 19:00- da  Nizami Kino Mərkəzində " Salnaməfilm" sənədli film studiyasında istehsal olunmuş, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Şamil Əliyevin "Yaradanlar" filminin təqdimat mərasimi keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə ərsəyə gələn film Azərbaycan memarlıq sənətinin baniləri Sadıq Dadaşov və Mikayıl Üseynova həsr olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq tədbir Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.