ARKİ - nin üzvü beynəlxalq film festivalının münsiflər heyətinə dəvət alıb

23:41 - 15 İyun 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü,  prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.

Bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.

Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.

Müsabiqədə 12 ölkədən 8 film iştirakı edəcək.

Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşacaq. Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.