Qara Qarayevə həsr olunmuş film nümayiş olunacaq

12:15 - 16 İyun 2023

 

İyunun 18 – i saat 18:30 – da Muğam Mərkəzində Beynəlxalq “Piano” festivalı çərçivəsində, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, görkəmli kinorejissor Oqtay Mir – Qasımın dahi bəstəkar Qara Qarayevə həsr etdiyi “Bu həqiqətin səsidir. Qara Qarayev” sənədli filminin bərpa olunmuş nüsxəsinin nümayişi baş tutacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək. Tədbirdə tanınmış kino və musiqi xadimləri, ziyalılar iştirak edəcək.

Daha sonra iştirakçılar üçün furşet veriləcək.