00:00 - 16 Sentyabr 2016

Yeşilçamın unudulmaz simalarından biri, tanınmış türk aktyoru Tarık Akan bu gecə vəfat edib

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xarici KİV-ə istinadən xəbər verir ki, Tarık Akan 66 yaşında ağciyər xərçəngi xəstəliyi nəticəsində ölüb. Bir müddət öncə aktyorun bu xəstəliytə tutulması barədə xəbərlər sevənlərini üzmüşdü.

 

Tarık Akan 1949-cu il dekabrın 19-da İstanbulda doğulub. Türk kinosunda yüzlərlə filmdə baş rolda çəkilən aktyor tamaşaçıların qəlbində silinməz iz buraxıb.