00:00 - 20 Noyabr 2018

Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının keçirdiyi “Şəki, mən səni sevirəm!” müsabiqəsinin nəticələri açıqlanıb.

 Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki,  “ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib oldu. Foto nominasiyasında isə qalib Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazandı.

 Müsabiqə çərçivəsində münsif heyətinin xüsusi mükafatına “sənədli film” nominasiyasında Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, foto üzrə isə Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu layiq görüldülər.

 Qeyd edək ki, mükafatlandırma mərasimi noyabrın 24-də Şəki şəhərində Xalq artisti Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş təntənəli gecədə təqdim olunacaq.