00:00 - 24 Yanvar 2018

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Azərbaycan kinosu : dünən, bu gün, sabah adlı Azərbaycan kinosunun 120 - illik yubileyinə həsr olunmuş məqalə və resenziyaların müsabiqəsini elan edir:

 

Məqsəd:

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirmək məqsədi ilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulmuşdur.

Şərtlər:

  • Müsabiqəyə Azərbaycan kinosuna  həsr olunmuş məqalə və resenziyalar qəbul olunur.
  • Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər.
  • Müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır.
  • Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
  • Şrift Courier New, ölçü 12 tələb olunur.
  • Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır.
  • Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir.
  • Hər bir müəllif  3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz.
  • Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır.
  • Məqalə və resenziyalar 25 may 2018-ci il tarixinə qədər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir.

Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,

Bakı şəh. Səməd Vurğun küç. 43 (World Business Center, 16-cı mərtəbə)

 

Qaydalar:

Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir.

Münsiflər heyəti məxfi seçim nəticəsində üç məqaləni qiymətləndirəcək.

Qalib məqalə və resenziyalar pul mükafatı və diplomla təltif olunacaq:

 

  • I yer 1000 manat
  • II yer  750 manat
  • III yer 500 manat

Müsabiqənin nəticələri 2018-ci ilin iyun ayında açıqlanacaq.

 

 

Əlaqə üçün:Tel:(+99412597-48-04)

                     Fax:(+99412597-48-03)

                       Mob:(+99451427-41-03)

               [email protected]

 

İnformasiya dəstəyi:

 

AzərTac, Trend news agency, Day.Az, Kaspi, Mədəniyyət, İki sahil qəzetləri