00:00 - 23 Yanvar 2018

Bu gün Azərbaycanın tanınmış operatoru Fazil Hadıyevin doğum günüdür.

 

Fazil Hadıyev 23 Yanvar 1948-ci ildə anadan olub.İlk yaşlarından operatorluğa, mədəniyyətə marağı olan sənətkar sonradan operator kimi fəaliyyət göstərib. Daha sonra Azərbaycan Dövlət Televiziyyasına işə düzələn Fazil Hadıyev baş operator vəzifəsinə qədər yüksəlib. Hazırda AZTV-də işini uğurla davam etdirir.

 

Fazil Hadıyev eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti İttifaqın üzvü, məşhur operator Fazil Hadıyevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcıllıq uğurları arzulayır.