"Oskar"?n q?sa siyah?s? b?lli oldu - Adlar

00:00 - 15 Dekabr 2017

“Oskar” kino mükafatının qısa siyahısı bəlli olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, qısa siyahı 9 filmdən ibarətdir. Onların arasından 5-i mükafata namizəd seçiləcək.

 

Seçilən filmlərin arasında rus rejissoru Andrey Zvyaqintsevin “Sevgisizlik”, Almaniyanı təmsil edən türk rejissoru Fatih Akının “Son həddə” filmləri var.

 

Bundan başqa qısasiyahıya Çilidən olan rejissor Sebastyan Lelionun “Fantastik qadın”, Macarıstanı təmsil edən İldiko Enyedinin “Bədən və ruh haqqında”, İsrailli rejissor Samuel Maozanın “Fokstrot”, livanlı rejissor Ziad Duerinin “Təhqir”, Seneqallı Alen Qomisin “Felisite”, Cənubi Afrikadan olan rejissor Con Trenqovanın “Yara” və İsveçdən olan rejissor Ruben Estlundun “Kvadrat” filmləri salınıb.

 

Xatırladaq ki, “Oskar”ın rəsmi mükafatlandırma mərasimi 2018-ci il martın 4-də keçiriləcək.