00:00 - 31 Oktyabr 2017

Azərbaycanın dramatik teart və kino aktyoru, Azərbaycan və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçiriləcək.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tədbir 19 Dekabr saat 19:00 da, Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.

 

Xatirə gecəsində sənətkarın yaradıcıllıq xüsusiyyətlərindən danışılacaq, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq, eyni zamanda Azərbaycan teatr və kino tarixində özünəməxsus yer tutan Nodar Şaşıqoğlunun yaradıcıllığına həsr olunmuş fotosərgi də nümayiş olunacaq.

 

 

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondunun, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.