00:00 - 1 Avqust 2017

Bu gün tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ələkbər Muradovun həm 70 illik yubileyi, həm də anım günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Ələkbər Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda(1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). 

"Azərbaycanfilm" kinostudiyasında, AzTV -nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləmişdir. Ələkbər Muradov bir çox filmlərin rejissorudur.

Ələkbər Muradov 1 avqust 2013-cü ildə vəfat etmişdir.Kino mühəndisi Yunus Muradovun oğludur, Rejissor Murad Muradovun atasıdır.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti əməkdar incəsənət xadimi,bu gün 70 illik yubileyi tamam olan Ələkbər Muradovun vaxtsız vəfatından kədərlənir və onun bu yubiley günündə ailəsinə səbr arzulayır.