00:00 - 31 İyul 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq özünün ən böyük mükafatı, “Milli Kino Mükafatını” təqdim edib.

 

İttifaqın mətbuat xidməti bildirir ki, 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq, Azərbaycan kinosuna verdiyi tövhələrə görə xalq artisti, məşhur kinorejissor Vaqif Behbud oğlu Mustafayev qrumun ən böyük mükafatı olan “Milli Kino Mükafatına” (mükafatı 2000 manat) layiq görülüb.

 

Qeyd edək ki, Vaqif Mustafayevə təqdim edilən “Milli Kino Mükafatı” 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirində təqdim ediləcək.