Tan?nm?? rejissor Rafiq Dada?ov v?fat edib

00:00 - 6 Fevral 2017

Bu gün tanınmış Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rafiq Dadaşov vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953-1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliiyində kinorejissor vəzifəsində çalışıb.

29 İyul 2016- cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti vəfat edən Rafiq Dadaşovun ailəsinə dərin hüzünlə başsağlığı verir, səbr arzulayır.