Bu gün ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvəlcə əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içdi. Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içdi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı olaraq bütün kinematoqrafçılar adından cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində müvəffəqiyyətlər arzu edirik!