Ana səhifə  |   Az  |   Ru  |   En

                       

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyəti haqqında məlumat

 

2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətisəkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub. İclasprosesində ittifaqa üzvlərin qəbulu haqqında, kinematoqrafçıların sosial-yardım fondu haqqında əsasnamələr qəbul olunub. Bundan başqa iclaslarda ittifaqın üzvlüyünə qəbul və gənc kinematoqrafçılarla iş komissiyaları yaradılıb. 2012-ci il ərzində ittifaqa 139 nəfər üzv qəbul olunub.

 

2 Avqust Milli kino günü münasibətilə keçirilən iclasda Milli Kino mükafatı təsis olunub. İlk dəfə Milli Kinomükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq artisti Yaşar Nuriyə verilib. Milli Kino günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xüsusi fərqlənmiş bir qrup kinematoqrafçıya fəxri adların verilməsi üçün, vəsadət qaldırıb və kino veteranlarına pul mükafatı təqdim olunub.

 

Sentyabrın 1-də “Nizami” kino mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən “Gənc kinematoqrafçıların problemləri və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə gənc kinematoqrafçılar fəal iştirak ediblər.

 

Oktyabr ayı ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərlə iş komissiyası fəal işləyib. “Nizami ” kino mərkəzində  kinorejissorlar Fariz Əhmədov və Elməddin Alıyevin yeni filmlərinin təqdimatı olub. Dövlət Film Fondunda  kinorejissorlar Murad  Muradov və Rodion İsmayılovla görüş keçirilib.

 

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni nəfəs” adlı qısametrajlı filmlərin ssenari müsabiqəsini elan edib. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak edə bilərlər. Müsabiqənin nəticələri 2013-cü ilin fevral ayında elan olunub. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri “Kinoşok” beynəlxalq kinofestivalında iştirak ediblər.

 

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi Minsk şəhərində Belarus Respublikasının Kinematoqrafçılar İttifaqının yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. Həmin ayda  Azərbaycan  Respublikası Kinematoqrafçılar İttifaqı “Start” beynəlxalq gənclər kinofestivalının işində fəal işritar edib. Bu festival “Cinema” gənc kinematoqrafçılar mərkəzi tərəfindən keçirilib. Festivalın münsiflər heyətinin rəhbəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova seçilib.

2012-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı  Azərbaycan Dövlət Film Fondu ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Hacıbaba Bağırovun, Emin Sabitoğlunun, Əməkdar incəsənət xadimləri Hüseyn Seyidzadənin, Rüfət Şabanovun, Əlihüseyn Hüseynovun, Arif Nərimanbəyovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib.

 

2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dörd iclası keçirilib.

 

2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan  Dövlət  Film Fondu ilə  birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Hüseynağa Sadıqovun, Əliağa Ağayevin, Muxtar Dadaşovun, Şahmar Ələkbərovun, Əməkdar artist Münəvvər Kələntərlinin, Əməkdar İncəsənət xadimləri Arif Babayevin, Ələkbər Muradovun yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib. 2013-cü ilin 6 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycanfilm Kinostudiyası, Nizami kino mərkəzi, Azərbaycan Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans keçirib.

 

2013-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin təqdimatı ilə kinorejissor Şamil Əliyevin “Çölçü” filminə “Humay” mükafatı verilib.

 

2013-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin təqdimatı ilə ittifaqın üzvü gənc aktrisa Güntəkin Mehdiyevaya Gənclər  mükafatı verilib.

 

2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə adları aşağıda qeyd olunan  ittifaqın  veteranlarına 300 (üç yüz) manat məbləğində maddi yardım göstərilib. Hafiz Nurəddin oğlu Fətullayev, Şahin Zavid oğlu Qalabəyov, Pərviz  Əsəd oğlu Quliyev , Miroslava İvanova İsgəndərova, Arif Əbdül oğlu Qasımov, Vaqif Sadıq oğlu Bağırov, Rafiq Hüseyn oğly Yuzbaşı, Tamilla Muxtar qızı Muxtarova , Natalya Borisovna Şneyyer, Tamara Petrovna Nərimanbəyova, Kamal Mirhəbib oğlu Seyidov, Faiq Məmmədəli oğlu Əliyev, Əliqulu Qüdrət oğlu Səmədov, Rimma Aliyevna Abdullayeva, Yavər Maarif oğlu Rzayev, Ədalət Məmməd oğlu Yunusov, Elman Əliverdi oğlu Əliyev.

 2013-cü ildə Azərbaycan  Respublikası  Kinematoqrafçılar İttifaqının qərarı ilə Milli Kino Mükafatı Xalq artisti Ələddin Abbasova təqdim olunub. 2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 52 nəfər üzv qəbul olunub. 2013-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri Xalq artistləri Yaşar Nuri, Səyavuş Aslan, Əməkdar İncəsənət xadimi Ələkbər Muradov, Əməkdar mədəniyyət işçisi Marat İsgəndərov vəfat etmişlər. 2014-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dörd iclası keçirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqa 7 nəfər üzv qəbul olunub.

 

2014-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Dövlət Film Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artistləri Həsən Məmmədov, Tofiq Tağızadə, Lütfəli Abdullayev, Ağahüseyn Cavadov, Əjdər İbrahimov, xalq rəssamı Məmmədağa Hüseynov, kinorejissorlar Kamil Rüstəmbəyov, Niyazi Bədəlov, kinooperator Xan Babayevin yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib. 2014-cü ilin 8 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film fondu, Azərbaycanfilm Kinostudiyası, Nizami kino mərkəzi ilə birgə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans keçirib. 2014-cü il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı müxtəlif tədbirlərdə fəal iştirak edib. 2013 –cü ildən başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Azərbaycan ailəsi” festivalının işində fəal iştirak edir. İttifaqımızın sədri Şəfiqə Məmmədova, icra katibi Cəmil Quliyev, ittifaqımızın üzvləri Ənvər Əbluç, Amin Novruzov, Natiq Rəsulzadə “Azərbaycan ailəsi” festivalının münsiflər heyətinin sədri və üzvləri seçiliblər. Bu festival Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilir. 2014-cü ildə ittifaqımız Belarus Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Bakıda Belarusiya kino günləri keçirib. 2014-cü ilin iyul ayında Bakı-muzey mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, Azərbaycanfilm kinostudiyası , Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm 90” adlı fotosərgi keçirib.

 

2014-cü ildə  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Milli Kino Mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə xalq rəssamı Rafiz İsmayılova təqdim olunub. 2014-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının adları aşağıda qeyd olunan yubiliyarları və veteranlarına 300(üç yüz) manat məbləğində pul mükafatı verilib. Nəriman Səttar oğlu Şıxəliyev (80 illik yubiley), Zemfira Emin qızı Sadıqova (75 illik yubiley), Elman Əliverdi oğlu Əliyev (70 illik yubiley), Faiq Məmmədəli oğlu Əliyev (70 illik yubiley), Hafiz ,Nurəddin oğlu Fətullayev (70 illik yubiley), Vaqif Sadıq oğlu Bağırov (65 illik yubiley), Lidiya İvanovna Şarkovnina (veteran), Natalya Borisovna Sneyyer (veteran), Kamal Mirhəbib oğlu Seyidov (veteran), Rimma Aliyevna Abdullayeva (veteran), Nuriyyə Məmməd qızı Əhmədli (veteran), Arif Əbdül oğlu Qasımov (veteran). 2014-cü il 16 aprel tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Azərbaycanın Xalq artisti Tofiq İsmayılovun 75 illik yubileyi keçirilib. Tədbir Dövlət Muğam Mərkəzində  təşkil olunub. 2014-cü il 7 may tarixində Qələbə günü münasibətilə Azərbaycan  Respublikası Kinematoqrafçılar İttifaqı və “Nərimanfilm”kinostudiyası veteranlar Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Hafiz Nurəddin oğlu Fətullayevə 200 (iki yüz) manat məbləğində maddi yardım verib.

İttifaqımızın veteranı kino aktyor Arif Əbdül oğlu Qasımova müalicəsini davam etdirmək üçün 800 (səkkiz yüz) manat məbləğində yardım verilib.

2014-cü ildə Azərbaycan  Respublikası Kinematoqrafçılar İttifaqının təqtimatı ilə kinorejissorlar Elməddin Alıyev və Xəyyam Abdullayevin “Məryəm” filminə “Humay” mükafatı verilib.

2014-cü ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin təqdimatı ilə ittifaqın üzvləri rejissor Röyal Əliyev və operator  Ceyhun Quliyevə Gənclər mükafatı verilib.

 

2015-ci il ərzində Azərbyacan Respublikası Kinematoqrafçılar ittifaqının İdarə heyətinin dörd iclası keçirlib. 2015-ci il ərzində ittifaqa 11 nəfər üzv qəbul olunub. İl ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının üzvləri Xalq artisti Nuriyyə Əhmədli, Əməkdar artist Tanilya Əhmərova, Əməkdar mədəniyyət işçisi Faiq Əliyev, kinorejissorlar Nicat Feyzullayev, Hafiz Fətullayev, Səs operatoru Firudin Hüseynov vəfat etmişlər.

2015-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin 75, Əməkdar Mədəniyyət işçisi  Lidiya Şarkovkinanın 80 illik yubileylərini keçirib. 2015-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Azərbaycan filmləri İran İslam Respublikasının “Qəcr” Beynəlxalq Festivalına, Belarus Respublikasının “Listopad” festivalına, Ukraynanın “Letopis” Festivalına müsabiqədə iştirak etmək üçün göndərilib. 2015-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təqdimatı ilə kinorejissor Elçin Musaoğlunun “Nabat” filminə “Humay” mükafatı verilib.

2015-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə  Milli Kino Mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə və 75 illik yubileyi münasibəti ilə Xalq rəssamı Mais Ağabəyova təqdim olunub.

2015-ci il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının köməyi ilə  ittiqafımızın üzvləri Arif Quliyev, Şamil Əliyev öz tibbi müalicələrini davam etdirmişlər. Təşkilatımızın müraciəti əsasında Heydər Əliyev Fondunun köməyi və maliyyə dəstəyi ilə kinorejissor Şamil Əliyev müalicə olunmuşdur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin qərarı ilə 2 avqust Milli Kino günü münasibətilə Xalq artistləri Vasif Babayev, Zərnigar Ağakişiyeva, Nuriyyə Əhmədli, Əməkdar artist Tanilə Əhmərova, Əməkdar Mədəniyyət işçiləri Akif Rüstəmov, Validə Abdullayeva, Arif Səfərov, İsrafil Ağazadə və aktyor Arif Qasımova yubileyləri ilə əlaqədar 500 (beş yüz) hər birinə mükafat verilib. Həmin qərarla 2 avqust Milli Kino günü münasibəti ilə ittifaqımızın veteranları  Əməkdar Mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Elman Əliyev, Rafiq Yuzbaşı, Vaqif Bağırov, Şahin Qalabəyov,  Pərviz Quliyev, Natalya Şneyyer, Kamal Seyidov,  Lidiya Şarkovkina,  Miroslava İsgəndərova, Rafiqə Budaqlı, Əməkdar İncəsənət xadimləri  Oqtay Babazadə,  Ənvər Əbluç, inzibatçı Ədalət Yunusov, mühəndis Sabir Vəliyevə 300 (üç yüz) manat hər birinə mükafat verilib.

 

 2016-cı il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yeddi iclası keçirilib. İttifaqa dörd nəfər üzv qəbul olunub. İl ərzində ittifaqımızın üzvləri Xalq artisti Tofiq İsmayılov, Əməkdar İncəsənət xadimi Fikrət Əliyev, aktyor Arif Qasımov, kinorejissor Rafiq Yüzbaşı vəfat etmişlər. 2016-cı il ərzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, “Azərbaycanfilm” kinostudiyası ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın görkəmli kino xadimləri Ceyhun Mirzəyevin, Həbib İsmayılovun, Tariyel Vəliyevin, Cəbrayıl Əzimovun və başqalarının yubileylərinə həsr olunmuş xatirə gecələri keçirib. 2016-cı ilin 6 may tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Film Fondu, Azərbaycanfilm kinostudiyası, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan kinosu”  mövzusunda konfrans keçirib. 2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2-ci “Yeni Nəfəs” ssenari müsabiqəsinin keçirilməsinə başlayıb.

 

 2016-cı ildə Azərbaycan  Respublikası  Kinematoqrafçılar İttifaqının qərarı ilə Xalq artistləri Eldar Quliyevin 75 və Ramiz Fətəliyevin 70 illik yubileyləri keçirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar ittifaqının.  2016-ci il 11 may tarixli iclasının qərarı ilə Novruz bayrami ilə əlaqadar olaraq ittifaqın aşağıda adları göstərilən veteranlarına Nəriman Səttar oğlu Şixəliyev, Şahin Zavid oğlu Qalabəyov, Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Rimma Aliyevna Abdullayeva, Pərviz Əsəd oğlu Quliyev, Oqtay Ələkbər oğlu Babazadə, Ənvər Abbasqulu oğlu Əbluç, Ədalət Məmməd oğlu Yunusov, Elman Əliverdi oğlu Əliyev, Kamal Mirhəbib oğlu Seyidov, Akif  Zəbi oğlu Rüstəmova 300 (üç yüz) manat məbləğində mükafat verilib.  2016-cı ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə Milli Kino  mükafatı Azərbaycan kinosuna verdiyi töhfələrə görə və 75 illik yubileyi münasibəti ilə Xalq artisti Eldar Quliyevə təqdim olunub. 2 avqust Milli Kino günü münasibəti ilə Xalq artistləri Ramiz Mirzəyev, Ramiz Fətəliyev, Əməkdar İncəsənət xadimi Yavər Rzayev, Əməkdar Mədəniyyət işçiləri Rəfiqə Budaqlı, Tağı Babayev, Fuad Vəlixanov, Əməkdar rəssam Fikrət Ələkbərov, Əməkdar incəsənət xadimi Oqtay Babazadə hər birinə 500 (beş yüz) manat mükafat verilib. İttifaqın qərarı ilə veteranlar  Əməkdar mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Natalya Sneyyer, Şahin Qalabəyov, Pərviz Quliyev, Lidiya Şarkovnina, Elman Əliyev, Akif Rüstəmov, Kamal Seyidov, Ənvər Əbluç, Rimma Abdullayeva hər birinə 300 (üç yüz) manat mükafat verilib.

 

2016-cı ilin iyul ayında “Yeni nəfəs-II” qısa metrajlı filmlərin ssenari müsabiqəsi başlandı.Müsabiqədə 42 müəllifin 63 ssenarisi iştirak edib.26 oktyabr 2016 –cı il tarixində münsiflər heyətinin qərarı ilə (protokol №2) qaliblər müəyyən olundu. 

 

--I yer 2000 manat pul mükafatı,34 balla –“Voskriseniye” ssenarisi(müəlliflər Ayşad Səfərəliyev və Orxan Səmədov)

--II yer 1500 manat pul mükafatı 33 balla – “Qızıl diş”ssenarisi (müəllif İlqar Quliyev)

--III yer 1000 manat pul mükafatı 32 balla – “Solnse v qlaza”ssenarisi (müəllif Murad Muradov)

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin 11 noyabr 2016 –cı il tarixli iclasında “Yeni nəfəs-II” qısa metrajlı filmlərin ssenari müsabiqəsinin iştirakçıları üçün yaradıcılıq seminarlarının keçirilməsi haqqında qərar qəbul olundu.19 noyabr 2016 –cı il tarixidən başlayaraq İttifaqın ofisində tanınmış kino xadimləri: Xalq artistləri Ramiz Fətəliyev,Oqtay Mirqasım,Əməkdar İncəsənət xadimi Natiq Rəsulzadə,Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov “Yeni nəfəs-II” qısa metrajlı filmlərin ssenari müsabiqəsinin iştirakçıları üçün  “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirilməyə başladılar.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin 11 noyabr 2016 –cı il tarixli iclasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi , I qrup əlil Mafər Fuad oğlu Həsənovun təhsil haqqının ödənilməsi haqqında qərar qəbul edildi.Həmin iclasın qərarı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının veteran üzvləri: Nəriman Səttar oğlu Şıxəliyev,Şahin Zavid oğlu Qalabəyov,Lidiya İvanovna Şarkovkina,Miroslava İvanovna İsgəndərova,Rimma Əliyevna Abdullayeva,Pərviz Əsəd oğlu Quliyev,Natalya Borisovna Şneyyer,Rəfiqə Maqsud qızı Budaqlı,Akif Zəbi oğlu Rüstəmov  hər birinə 200(iki yüz) manat məbləğində maddi yardım verildi.

 

2016-cı ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,Azərbaycan Dövlət Film Fondu ilə birgə Azərbaycan Respublikası Mədəniyyət və Truzim Nazirliyinin dəstəyi ilə Əməkdar İncəsənət xadimi kinorejissor Rasim İsmayılovun,Xalq Artisti Nəcibə Məlikovanın ,Xalq Rəssamı Elbəy Rzaquliyevin yubileylərinə həsr olunmuş xatirə gecələri kecirilmişdir.

 

30 noyabr 2016-cı il tarixində“Azərbaycan ailəsi” adlı 8-ci beynəlxalq kino festivalına yekun vurulmuşdur.Festivalın münsiflər heyətinin işində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova,icraçı katib Cəmil Quliyev,idarə heyətin üzvü Oqtay Mirqasım fəal iştirak etmişlər.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 23 yanvar 2017-ci il 01 saylı iclasında Kinematoqrafçılar İttifaqının 2017-ci il üçün iş planı təsdiq olunmuşdur.

 

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunmuşdur. Bu təqaüd Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi, I qrup əlil Masər Fuad oğlu Həsənova verilmişdir.Həmin iclasda Rusiya Kinematoqrafçılar İttifaqının məktubuna baxılmışdır.Məktubda qeyd olunmuşdur ki, Rusiya Kinematoqarfçılar İttifaqı 3 mart 2017-ci il tarixində Moskva şəhərində SSRİ xalq artisti, görkəmli türkmən kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyini qeyd edəcək. Həmin tədbirə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi , xalq artisti Oqtay Mirqasım dəvət olunub. Bunu nəzərə alaraq Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyəti yubiley tədbirində Oqtay Mirqasımın iştirak etməsi üçün onun Moskva şəhərinə ezam olunmasına qərar verib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə heyətinin 23 yanvar 2017-ci il tarixli 01 saylı iclasında Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Kineamtoqrafçılar İttifaqının veteran üzvlərinə: Nəriman Səttar oğlu Şıxəliyev, Şahin Zavid oğlu Qalabəyov, Pərviz Əsəd oğlu Quliyev, Natalya Barisovna Şneyer, Rəfiqə Maqsud qızı Budaqlı, Lidiya İvanovna Şarkovkina, Miroslava İvanovna İsgəndərova, Akif Zəbi oğlu Rüstəmov  olmaqla hər birinə 160 (yüz altmış) manat məbləğində maddi yardım ayrılmasına qərar verildi.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilmiş “Yeni nəfəs-1” qısametrajlı ssenari müsabiqəsinin qalibi olan “İkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı filmin təqdimatı 20 fevral 2017-ci il tarixində “Azərbaycan” kinoteatrında keçirilmişdir. Təqdimat mərasimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə ərsəyə gəlmişdir.