Ana səhifə  |   Az  |   Ru  |   En

Şəfiqə Haşım qızı Məmmədova 30 Mart 1945-ci ildə Rusiya Federasiyyasının Dərbənd şəhərində anadan olub.

 

1962-ci ildə orta məktəbi bitirib. Elə həmin il M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitunun “Musiqili teatr aktyoru” fakultəsinə qəbul olub. 1967 –ci ildə institutu bitirib. 3 May 1967–ci ildə M. Əzizbəyov adına akademik Milli Dram Tetrında aktrisa vəzifəsində çalışmağa başlayıb.1968-ci ildə Teatr Xadimləri İttifaqının idarə heyyətinin üzvü seçilib.1969-cu ildə SSRİ Kinematoqrafçılar ittifaqının üzvü seçilir.Sonradan Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi seçilir.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəp (keçmiş Teatr İnstitutu) “Aktyor sənəti” kafedrasında pedaqoji fəaliyyətə başlayıb.1981-ci ildə həmin fakultənin kafedra müdiri təyin edilib.

1986-cı ildə dosent (Ali Attestasiya Komisiyyasının qərarı ilə SSRİ Moskva), 1991 ci ildə isə professor(SSRİ Dövlət Komitəsinin qərarı ilə) elmi adına layiq görülür.

1974-cü ildə “Əməkdar artist’’, 1982 ci ildə isə “Xalq artisti” adına layiq görülür. 1982-ci ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülür. 22 Aprel 1981-ci ildə Azərbaycan SSRİ Dövlət Mükafatlarına layiq görülür. Bir neşə dəfə Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Fəxri fərman”larla təltif olunub.

1995 –ci ildə “Humay” Milli mükafatına, 10 Mart 2004 -cü ildə “Teatr xadimi” qızıl medalı ilə, 2 Avqust 2006-cı ildə “Qızıl çıraq” Milli kino mükafatı ilə təltif olunub.

29 Mart 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1995-2000-ci illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, Elm və Təhsil üzrə Komisiyyasının sədr müavini olub.

2000-ci ildən bü günə kimi Bakı Musiqi Akademiyyasının professorudur. 2013-cü ildə “Şərəf” ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Respublikasının Heydər Əliyev mükafatı komisiyyasının üzvü, Azərbaycan Respublikasının Elm, Texnika, memarlıq, Mədəniyyət, Ədəbiyyat üzrə Dövlət mükafatları komisiyyasının üzvüdür.

29 Mart 2015-ci ildə Prezidentin Fəxri Diplomuna layiq görülüb.

 

Şəfiqə Məmmədova "Qaraca Qız" (Pəricahan xanım), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) və.s bədii filmlərində təkrarsız obrazlar yaradaraq, kinomuza adını qızıl hərflərlə yazdırıb.

2012-ci ildən bu günə qədər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir. Ailəlidir, Ülvi və Teymur adlı iki övladı var.