Ana səhifə  |   Az  |   Ru  |   En

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.

 

1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.

 

1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.

 

1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998- 2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal hazırda da həmin Universitetin professorudur.

 

 

2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.

 

2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub.

 

- 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının

 

- 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının

 

- 2009-cü ildən Beynəlxalq Muzeylər Şurasının

 

- 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür.

 

Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə Azərbaycanın fəxri mədəniyyət işçisi adına layiq görülüb.

 

2013-cü il aprel ayının 23-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibidir.