00:00 - 15 Avqust 2016

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

 

Xalq artisti 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb.

 

“Evləri köndələn yar”, “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam” kimi filmlərdə təkrarsız obrazlar yaradan Afaq Bəşirqızını, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti və üzvlərinin adından təbrik edir, sənətkara can sağlığı, yaradıcıllıq uğrları arzulayırıq.