00:00 - 26 İyul 2016

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, 2 Avqust Milli Kino Günü il bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kino veteranlarına, yubiliyarlara bir sıra mükafatlar təqdim edəcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino mükafatı(İldə bir dəfə olmaqla, kinoya töhvələr verən şəxsə təqdim edilir, mükafatı 2000 manatdır) ilə yanaşı, onlarla kino veteranına, yubiliyarlara pul mükafatları da təqdim ediləcək.

 

Qeyd edək ki, 2 Avqust Milli Kino Günü ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində də təntənəli tədbir keçiriləcək.