Xalq artisti Z?rnigar A?aki?iyeva 72 ya??nda v?fat edib

00:00 - 9 Fevral 2018

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tanınmış aktrisanın cəsədi Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. 

 

Qeyd edək ki, Zərnigar Ağakişiyeva “Ötən ilin son gecəsi”, “Yol əhvlatı”, “Təhminə”, “Onun bəlalı sevgilisi”, “Ölsəm...bağışla”, “Güllələnmə təxirə salınır!..” kimi bir çox məşhur filmdə əsas, ikinci dərəcəli, epizodik rollarda iştirak edib.

 

Aktrisa 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.Ailə qurmayıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Xalq artisti, ARKİ-nin üzvü Zərnigar Ağakişiyevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüzünlə başsağlığı verir.

 

Allah rəhmət eləsin!