Ana səhifə  |   Az  |   Ru  |   En

Respublika Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilmişdir.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, iclasda İttifaqın sədri, xalq artisti professor Şəfiqə Məmmədova, birinci katib, əməkdar incəsənət xadimi Cəmil Quliyev, qrumun digər katibləri xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasım, Vaqif Mustafayev, xalq artisti, professor Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Ayaz Salayev, “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədov, “Azərbaycanfilm”  Kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov “Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti” dizayn studiyasının rəhbəri, kinorejissor Yusif Quliyev, iştirak etmişdir.İclasda Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş tədbirlər planı təsdiq edilmiş və gündəlikdə olan digər məsələlər müzakirə edilmişdir.

 

02.02.2018

Digər xəbərlər