00:00 - 28 Dekabr 2017

Qarşıdan yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü gəlir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr Dünya azərbaycanlılarının həmrəylik günü kimi hər il qeyd edilir. Bütün dünyada yaşayan azərbaycanlılar bu günü xüsusi bayram kimi qeyd edir.

 

Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və üzvləri bütün xalqımızı və dünyanın ən müxtəlif ölkələrində yaşayan Dünya azərbaycanlılarını ürəkdən təbrik edir. Qarşılayacağımız 2018- ci ildə bütün xalqımıza, bütün mədəniyyət, incəsənət aləminə uğurlar, inkişaf, can sağlığı, xoşbəxtlik, ailə səadəti, rifah dolu həyat arzulayır !!!