00:00 - 25 Dekabr 2017

Echo.Az-ın kino tarixşünası və kino publisisti, Rusiyanın kinoşünaslar və kino tənqidçiləri Gildiyasının üzvü ilə müsahibəsi

 

—Sizin fikrinizcə, bu günkü gündə Azərbaycanda kinematoqrafiya nə vəziyyətdədir?

 

— Hər şey böhran və mental səviyyədə kreativliyin olmaması şəraitində ola biləcək vəziyyətdən daha yaxşıdır. Bununla belə, Azərbaycanın müstəqil kinosunda uğurlar qazanılıb – məsələn, ötən il ərzində filmi bir çox festivallarda uğur qazanan Teymur Daiminin, o cümlədən artıq sizin qəzetə verdiyim müsahibədə xatırlatdığım Kazanskinin şəxsində.

Gələn il Teymur Hacıyevin işini gözləyirəm, çünki o mənim xüsusilə qürur duyduğum şəxsdir. Mən onun dünya kinematoqrafının tarixi üzrə ilk müəllimi olmuşam və ona Eyzenşteynin montaj nəzəriyyəsini öyrətmişəm. Həmin o vaxtdan bəri artıq 10 il ərzində o, peşəsində əsas məqsədi olan ilk tam metrajlı filmə doğru irəliləyir. Xüsusən də qeyd etmək istəyirəm ki, Teymurun aktivində dünyanın top kino festivallarında bir neçə master-klassları var. Mənə elə gəlir ki, bu gələcək üçün kifayət qədər ciddi işdir.

 

— Bəs bizim tələbələrin çəkdiyi filmlər barədə nə məlumdur?

 

— Hələlik praktiki olaraq heç nə. Lakin səbirsizliklə məşhur kinorejissor Vaqif  Mustafayevin Mədəniyyət İnstitutunda yaradılan emalatxanasının kurs filmlərindən nəticələr gözləyirəm. ÜDKİ-də (Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda) olan zaman əfsanəvi kino məktəbinin rektoru olan Vladimir Malışevlə görüşmüş və diplom kurs filmlərinə hazırlaşan bir neçə digər həmvətənlərimiz barədə məlumat almışdım.

 

— Azərbaycanın kinematoqrafı nə dərəcədə dünya kinosunun proseslərinə inteqrasiya olunub?

 

— Açığını desək, necə deyək, hal-hazırda bizim kinomuz haradasa ciddi kommersiya kinematoqrafının periferiyasındadır. Səbəbləri çoxdur... Buna həm öz üzərində işləməyə marağın olmaması, kifayət qədər məlumatın olmaması, zəif implementasiya, yəni daxili özünütəkmilləşdirmə, milli kinematoqrafımızda dünya trendlərinin işə salınması daxildir – vacib deyil ki, qərb trendləri olsun, həm də ətrafımız, necə deyək, müsbət kreativlikdən uzaqdır. 25 il ərzində kinoekran və tamaşaçı zalı ilə əlaqə itib. Bu gün tamaşaçı kinoteatrlara qayıdıb, lakin art-haus kinolarına deyil, yerli aşağı keyfiyyətli treş-muvikə. Hər şeyi sadalamaq olmur, çünki bunların hamısı bir xarab inkubatorun şlaklarıdır.

Əgər yarımnöv olan düşünən publikanın hələ də 5% tamaşaçısı qalıbsa, şübhəsiz ki, bu nikbinlik yaradır ki, hələ də hər şey itirilməyib, çünki qalan 95%-i, görünür ki, bunların hamısı qane edir, ya da heç kim onlara heç olmasa bir alternativ belə təqdim etmir.

Axı Bakıda bir möcüzə olaraq Bakı kinoteatrlarına yol tapan Tarantinonun və Skorsezenin filmlərində anşlaqlar olub. 90-cı illərdən “Şərq-Qərb” kinofestival hərəkəti olub, lakin vaxt keçdikcə o, banket kino əfsanəsinə çevrilərək, özü özünü aradan qaldırıb və beləliklə dövlətin belə növ kino forumlarına etibarını itirib.

Nəticə olaraq, İbrus kino festivalı hər şeyi, bu qədər özünə güvənərək, üzərinə götürdüyü tamaşaçının maarifləndirilməsi və Azərbaycanın təbliği üzrə missiyanı puça çıxardı. Qərb və şərq sivilizasiyalarının kəsişməsində olan Bakının kinofestivalsız qalması öz özlüyündə nonsensdir. Bəs bizdən başqa kim bunu etməli idi? Lakin elə alındı ki, kinematoqrafiya “İpək yolu” təşəbbüsünü əbədi qonşumuz olan Qazaxıstan realizasiya etdi.

Kinofestival əhalinin şəhər mədəniyyətinin ayrılmaz atributudur. Kinofestivallar olmadan heç cür irəli getmək olmaz, hətta Əfqanıstanda belə artıq iki kino festivalı fəaliyyətdədir. Postsovet məkanında yalnız Azərbaycan və Türkmənistanın hər hansı kino forumu yoxdur. Ümid edirəm ki, 2018-ci ildə biz hələ dəfələrlə bu mövzuya qayıda biləcəyik. Mənim Santa Klausa olan arzum budur.

 

— Sizin üçün bu il nə ilə yadda qaldı?

 

—  İlk dəfə Kazan festivalında sənədli filmlər konkursunun beynəlxalq münsiflər heyətinin sədri rütbəsində oldum. Festival səfərləri arasında Rusiyanın Dövlət Film Fondunun “Belıye Stolbı” kinofestivalına dəvət xüsusi əhəmiyyətli idi. Yalandan təvazökarlıq etmədən deyim ki, bu dəvət müəyyən dərəcədə Rusiyanın Dövlət Film Fondunun kino tarixçisi statusunun tanınması idi. Mənim “Azərbaycanfilm” kino studiyasının istehsalı olan Qriqori Aleksandrovun “Kaspiytsı” (1943) fantom filminin axtarışlarım axır ki, uğurla nəticələndi. Film 2017-ci ilin repertuarında nümayiş olunub  və sensasiyalı tapıntı kimi canlı maraq doğurub!

 

—Bəs daha ətraflı?

 

— Bu tapıntının nəticələri barədə ətraflı məlumatı dünya şəbəkəsində axtarış etdikdə, asanlıqla tapmaq olar. Mənim tədqiqatım “”Rusiyanın kinoşünaslar və kino tənqidçiləri Gildiyası”-nın saytının akademik nəşrində nümayiş etdirilmiş Xəzərin “həyat yolu” ilə yüz ilin sinematekası” («Синематека столетней выдержки с каспийской «дорогой жизни», представленное в академическом издании сайта «Гильдии киноведов и кинокритиков России») (Kinopressa.ru) nəşri adı altında dərc olunub.

Bundan başqa, bu mətn kifayət qədər məşhur kütləvi şəbəkə resursu olan “Şəxsi Korrespondent” («Частный Корреспондент») tərəfindən yenidən dərc olunub. Yeri gəlmişkən, yenə də təvazökarlıq etmədən, qeyd edim ki, bu məqalə chaskor-da bir neçə sutka ən çox oxunulan yazılara daxil olub. Məsələ bundadır ki, necə guya “Tarixi fakt” əslində bir saat içində anlayışı olmayan tamaşaçı üçün sadəcə qənnadı məhsulu ola bilir və 70 il ərzində belə olaraq qalır!

Sizə misal olaraq deyə bilərəm ki, dövrün dəyişdiyi zamanlarda, dünənki sözsüz bütlər üzü üstə düşəndə, yerə yıxılanda elə gəlirdi ki, hələ dünən sarsılmaz təməllər və təbliğat ştampları – bu və ya digər faktlar tamamilə desakralizasiya və demifologizasiya oluna bilər.

 

— Yeni kino ensiklopediyasının yaradılması layihəsində kino tarixşünası və müəlliflərdən biri olaraq iştirak etmisiniz?

 

— Bu mənim həyatımda ən əsas hadisələrdən biridir, çünki keçən yüz il ərzində Azərbaycan kinosunun tarixini əhatə etmək şansını qazanan ilk insanam. Həqiqətən də, belə şans yüz ildə bir dəfə insanın qarşısına çıxır! Əslində bu yalnız formaca ensiklopediyadır, tərkibcə isə bu kinoşünas və kino tənqidçiləri olan yazıçı müəlliflər qrupunun kollektiv monoqrafiya əməyidir. Burada mətnlər sadəcə quru informasiya və statistikaya əsaslanmır, əsas odur ki, müəlliflərə kifayət qədər kino tarixinin salnaməsini ədəbi tərkiblə zəngilnləşdirmək şansı verilib. Eksperimentin necə və nə dərəcədə alındığına oxucular qərar verə bilər.

Monoqrafiyanın nəşri “SSRİ-də milli kinematoqrafiyaların tarixi və MDB iştirakçıları olan dövlətlərdə, Baltika ölkələrində və Gürcüstanda kino və kino təhsilinin inkişaf perspektivləri” Beynəlxalq elmi-praktiki konfransın vaxtına salınıb. Məhsuldar disputların üç gününün hamısı S.A.Gerasimov adına Ümumrusiya dövlət kinematoqrafiya institutunun yeni korpusunda keçib. İdeyanın ilkin müəllifi kinoşünas Yelena Stişovadır, onun sayəsində mənim adım bir zamanlar “Kino sənəti” akademik jurnalının səhifələrinə düşüb.

Həm monoqrafiyanın nəşri, həm də konfransın keçirilməsinin əsas təşkilatçısı və quraşdırıcısı MDB iştirakçıları olan dövlətlərin Beynəlxalq humanitar əməkdaşlığı fondunun (BHƏF) dəstəyi ilə RF Yeni Mədəniyyətşünaslıq institutu olub. Məni layihəyə qoşduqları və  mənim “Azərbaycan kinosu yüz illik özünüidentifikasiyalaşdırma axtarışında” mövzumun yekun mətninin həm formasını, həm də tərkibini seçmək üçün tam azadlıq imkanı ilə müəllifliyimə qeyd-şərtsiz tam etibar etdikləri üçün mədəniyyətşünaslıq doktorları Kirill Razloqov və Nina Koçelyayevanın şəxsində institutun rəhbərliyinə xüsusi minnətdarlığımı bildirirəm.

 

İ.ƏSƏDOVA