Ana səhifə  |   Az  |   Ru  |   En

38-ci Beynəlxalq Moskva Kinofestivalının qalibləri məlum olub -FOTO

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, iyunun 23-də başlayan festivalın açılışında olduğu kimi, bağlanış mərasimi də çox təmtəraqlı keçirilib.

 

Məşhur kino xadimlərinin iştirak etdiyi kinofestivalın bağlanış mərasimi "Rusiya" kinoteatrında baş tutub. Xəstəxanada müalicə aldığı üçün festivalın açılış mərasimində iştirak edə bilməyən, kinofestivalın prezidenti Nikita Mixalkov bağlanış mərasiminə qatılıb. 

 

38-ci Beynəlxalq Moskva Kinofestivalının ən yaxşı rejissor işinə görə "Gümüş Qeorqi" mükafatını danimarkalı rejissor Puk Qrasten alıb. Rejissor mükafatı "37" adlı bədii filminə görə qazanıb.

 

"Ən yaxşı aktrisa" nominasiyası Ralston Coverin "Pelena" filmində yaratdığı obraza görə, Tereza Malverə təqdim edilib.

 

Festivalın xüsusi mükafatı bolqarıstanlı rejissor Radoslav Spasova verilib. O, "Oxuyan ayaqqabılar" filminə görə bu mükafatı qazanıb. 

 

Kinofestivalın Qran-Pri mükafatına İran rejissoru Rza Mirkəriminin "Qız" filmi layiq görülüb. Bu filmdə baş rolu ifa edən aktyor Fərhad Aslani ən yaxşı aktyor kimi xüsusi mükafat qazanıb. 

 

Xatırladaq ki, 38-ci Beynəlxalq Moskva Kinofestivalı iyunun 23-dən 30-dək keçirilib.

 

Festivalın əsas proqramında 13 film nümayiş etdirilib.

 

01.07.2016

Digər xəbərlər