00:00 - 7 Noyabr 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və Məkan” adlı qısametrajlı sədəndli filmlər üçün elan olunan ssenari müsabiqəsi başa çatıb.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, müsabiqəyə 50-dən yuxarı sənədli film ssenarisi təqdim edilib. Müsabiqə şərtlərinə uyğun təqdim edilmiş ssenarilər artıq İttifaq tərəfindən təyin olunan əsas juri heyətinə təqdim edilib. Əvvəlcədən adları gizli saxlanılan juri, bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adları açıqlanacaq.

 

Ümumilikdə bu ilin sonuna qədər elan olunmuş müsabiqə ilə bağlı qiymətləndirmələr, qaliblərin adlarının açıqlanması və bunlarla bağlı bütün tədbirlər yekunlaşacaq.