00:00 - 2 Noyabr 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü vəfat edib.

 

 

ARKİ-nin mətbuat xidməti xəbər verir ki, tanınmış səs operatoru və rejissoru ARKİ-nin üzvü Bəkir Bəkirzadə qəflətən vəfat etmişdir. Bəkir Bəkirzadə bir çox filmlərdə səs rejissoru kimi fəaliyyət göstərmişdir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti və üzvləri ömrünün gənc çağında həyatını itirən Bəkir Bəkirzadənin fəfatından çox kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir.

 

Allah rəhmət eləsin !!!

 

Qeyd edək ki, Bəkir Bəkirzadə məşhur rejissor, əməkdar İncəsənət xadimi Teymur Bəkirzadənin oğludur. Mərhumun atası Teymur Bəkirzadə isə 1995-ci ildə vəfat etmişdir.