Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home2/sado/public_html/arki.az/includes/php_functions.php on line 106

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home2/sado/public_html/arki.az/classes/db.class.php on line 19

Warning: Cannot modify header information - headers already sent by (output started at /home2/sado/public_html/arki.az/includes/php_functions.php:106) in /home2/sado/public_html/arki.az/index.php on line 8
“Nar bağı” filmi Los Ancelesdə Asiya Dünya Film Festivalı çərçivəsində nümayiş etdirilib Arki.az - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Ana səhifə  |   Az  |   Ru  |   En

“Nar bağı” filmi Los Ancelesdə Asiya Dünya Film Festivalı çərçivəsində nümayiş etdirilib

Azərbaycanın Oskar Mükafatına təqdim etdiyi “Nar bağı” filmi Los Ancelesdə keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində nümayiş etdirilib.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Baş Konsulluğunun dəstəyilə keçirilən filmin təqdimatından öncə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycan kinematoqrafiyasının 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib və Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. “Nar bağı” filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib.

 

Çıxışında Asiya Dünya Film Festivalının rəhbərliyinə təşəkkür edən baş konsul uğurlu əməkdaşlığın artıq ikinci ildir ki davam etdiyini, 2016-cı ildə həmin Festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filminin ilk açılış filmi kimi uğurla nümayiş etdirildiyini qeyd edib.

 

Daha sonra Festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum çıxış edərək, Azərbaycan filminin Festival çərçivəsində iştirakından və Baş Konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirib. Azərbaycanın mütərəqqi inkişafından, zəngin mədəniyyəti və tarixindən danışan C.Şamşum ölkəmizin müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb.

 

Los Ancelesdə yaşayan və Azərbaycan icması fəallarından olan Kimiya Məmmədova çıxış edərək, “Nar bağı” filmi və filmin rejissoru İlqar Nəcəf haqqında məlumat verib. Rejissor İ.Nəcəfin müraciətini tamaşaçılara oxuyan K.Məmmədova filmin öncəki nümayişlərdə izləyicilərə dərin təəssürat bağışladığını qeyd edərək, Festivalda filmin uğurla iştirak edəcəyinə ümid etdiyini bildirib.Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki , bu ilin avqust ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən  Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisiyyanın növbəti iclası keçirilmiş, Komisiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filmi Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyyasına təqdim edilmişdir.

 

31.10.2017

Digər xəbərlər