00:00 - 23 Oktyabr 2017

Görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, 200-ə yaxın müxtəlif rollarda səhnəyə çıxan sənətkar həm teatr, həm də kino aktyoru kimi unudulmaz obrazlar yaradıb. Bu il anadan olmasının 120 ili tamam olan xalq artistinin keçiriləcək yubileyində, onun mənalı ömür yolundan, yaratdığı təkrarsız obrazlardan, sənətkarlıq xüsusiyyətlərindən danışılacaq.Bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.Həmçinin sənətkarın həyat və yaradıcıllığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.

Yubiley gecəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

 

Tədbir 27 Oktyabr saat 16:00-da Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyində keçiriləcək.