00:00 - 16 Oktyabr 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi və tanınmış jejissorla görüş keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, görüşdə İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədova, icra katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artisti, İttifaqın katibi Oqtay Mirqasım, Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən isə qrumun rəhbəri Menderes Dəmir və məşhur rejissor və prodüser Gülşan Şaru iştirak ediblər.

 

Görüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Türk Dünyası Jurnalistlər Federasiyasının birgə tədbirlər keçirməsi, onların ışıqlandırılması və çəkilmiş filmlərin təbliği ilə bağlı keçirilib.