00:00 - 13 Oktyabr 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Litva səfirliyi birgə tədbir təşkil edəcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məşhur Litva rejissoru Andruis Stonysla görüş və onun yeni yaratdığı “Buzlaqlarda qadın” filminin nümayişinin keçirilməsi ilə bağlıdır.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Litva səfirliyinin  birgə təşkil etdiyi tədbir 17 Oktyabr saat 18:00-da Azərbaycan-Cinema Plus kinoteatrında keçiriləcək.