"Nar ba??" Oskar?n siyah?s?nda

00:00 - 11 Oktyabr 2017

“Nar bağı” Amerika Kino Akademiyasının “Xarici dildə ən yaxşı film” nominasiyası («Oskar» mükafatı) uğrunda mübarizə aparacaq filmlərin uzun siyahısına düşüb.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti rus mətbuatına istinadən xəbər verir ki, uzun siyahıda 92 ölkədən 92 film var. Bu siyahıda Suriya, Mozambik, Seneqal, Laos Handuras, Haiti kimi ölkələr ilk dəfə iştirak edir.

 

Nominantların siyahısı 23 yanvar 2018-ci ildə elan olunacaq.

 

Qeyd edək ki, filmin dünya premyerası Karlovy Vary BFF-ın “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Film, həmçinin 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb.

 

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

 

 

Xatrıladaq ki, bu ilin avqust ayında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən  Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisiyyanın növbəti iclası keçirilmiş, Komisiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filmi Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyyasına təqdim edilmişdir.