00:00 - 3 Oktyabr 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, 6 aydır müalicə olunan 75 yaşlı aktyor gözlərini əbədi olaraq yumub. Aktyor qara ciyər çatışmazlığından əziyyət çəkirdi.

 

İlk dəfə kinoya 1969-cu ildə lentə alınmış "Dönüşü olmayan yol" filmi ilə başlayan aktyor əsasən mənfi obrazları canlandırıb. Cüneyt Arkın, Kamal Sunal, Sadri Alışık, Kadir İnanır, Fatma Girik və Türkan Şorayla birlikdə 200 filmdə kamera qarşısına keçib.

 

Bu gün cənazə namazından sonra Tevfik Şen son mənzilə yola salınacaq.