00:00 - 27 Sentyabr 2017

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü kinorejissor Şamil Əliyev Kəlküttə keçirilən Beynəlxalq Film Festivalının qala gecəsinə dəvət alıb.

 

 

ARKİ-nin mətbuat xidməti xəbər verir ki, Şamil Əliyev dəvət aldığı qala gecəsinə özünün çəkdiyi məşhur “Çölçü” filmi Beynəlxalq Cult Filmləri Festivalının Golden Fox Avards  mükafatının nominantı elan olunduğu üçün 2017- ci il Dekabrın 5- 6 da Kəlküttə yola düşəcək. Kinorejissor məşhur qala gecəsində iştirak etməklə yanaşı orada iştirak edən bir çox dünya səviyyəli kinorejissorlarla, aktyorlarla görüşəcək.

 

 

Qeyd edək ki, rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi indiyədək 32 (otuz iki) Beynəlxalq kinofestivalında və forumlarda iştirak etmiş müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülmüşdür. Bu ekran əsəri 2013-cü ilin “Humay” Milli Mükafatına layiq görülmüşdür. Film, həmçinin 86-cı “Oskar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil etmişdir