00:00 - 18 Avqust 2017

Ötən gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən  Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisiyyanın növbəti iclası keçirilmişdir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, iclasda bir sıra məslələr müzakirə olunmaqla yanaşı, Komisiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filmi Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyyasına təqdim edilib.