M??hur aktyor Martin Landau 89 ya??nda v?fat edib

00:00 - 17 İyul 2017

Hollivudun məşhur aktyoru Martin Landau 89 yaşında vəfat edib.



Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xarici KİV-ə istinadən xəbər verir ki, "Oskar"lı aktyor Los-Ancelesdə Kaliforniya universitetinin tibb mərkəzində dünyasını dəyişib. Ölüm səbəbi kimi vəziyyətinin qəflətən pisləşməsi göstərilib.

Qeyd edək ki, çoxlu film və seriala çəkən Landau 1994-cü ildə "Ed Vud" filmindəki roluna görə "ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasında "Oskar" qazanıb.