Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home2/sado/public_html/arki.az/includes/php_functions.php on line 106

Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /home2/sado/public_html/arki.az/classes/db.class.php on line 19

Warning: Cannot modify header information - headers already sent by (output started at /home2/sado/public_html/arki.az/includes/php_functions.php:106) in /home2/sado/public_html/arki.az/index.php on line 8
İtaliyanın televiziya kanalında Azərbaycan ilə bağlı xüsusi buraxılış yayımlanıb Arki.az - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
Ana səhifə  |   Az  |   Ru  |   En

İtaliyanın televiziya kanalında Azərbaycan ilə bağlı xüsusi buraxılış yayımlanıb

İtaliyanın televiziya kanalında Azərbaycan ilə bağlı xüsusi buraxılış yayımlanıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki,İtaliyanın “SKY 835 AB Channel” kanalının “Eurasia News TV” proqramı 30 iyun buraxılışını tam olaraq Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə və 28 May Respublika Günü münasibətilə mayın 24-də Romada təşkil olunmuş Azərbaycan musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsertə və iyunun 22-24-də Romanın tarixi "Casa del Cinema" kino evində keçirilmiş İtaliyada Birinci Azərbaycan Film Festivalına həsr edib.

 

Proqramda hər iki mədəni tədbirdən fraqmentlər təqdim olunub, onlar haqda ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən, eləcə də tədbirlərdə əsas qonaq qismində iştirak edən şəxslərdən müsahibələr təqdim edilib.

 

Verilişin aparıcısı hər iki tədbirin italyan tamaşaçılar tərəfindən böyük maraqla izlənildiyini, bu kimi tədbirlərin Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsi ilə yanaşı, Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin İtaliyada daha da yaxından tanıdılması üçün faydalı olduğunu vurğulayıb.

 

 

04.07.2017

Digər xəbərlər