00:00 - 30 İyun 2017

39-cu Moskva beynəlxalq kinofestivalı sona çatıb.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti gazeta.ru-ya istinadən xəbər verir ki, festivalin qalibi ekoloji problemlərə həsr olunan “Kəkilli quş” adlı Çin filmi olub.

 

“Xüsusi jüri” mükafatı isə Rusiya kinematoqrafiyasının istehsalı sayılan “The Bottomless Bag” filminə verilib.

 

Türkiyə istehsalı “Sarı isti” filminin rejissoru Fikrət Reyhan isə “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

 

Anna Melikyan filminə görə Moskva  merinin mükafatını qazanıb.

 

Festivalın ənənəvi olaraq hər dəfə təqdim edilən Stanislavski mükafatı aktyorluqdan rejoissorluğa keçən Mikele Plaçidoya (“Sprut” serialında komissar Kattani) təqdim olunub.