00:00 - 27 İyun 2017

Moskvada 39-cu Beynəlxalq Kino Festivalının açılışı baş tutub. Havanın soyuq olmasına baxmayaraq, aktyor və aktrisalar saatlarla qırmızı xalçanın üzərində gəzərək, şəkil çəkdiriblər.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, açılış mərasimində Kristina Orbakayte, Mariya Zaxarova, festivalın prezidenti, kinorejissor Nikita Mixalkov, həmçinin italyan aktrisası Ornella Mutti və başqa tanınmış simalar iştirak ediblər.

 

Az sonra yağan yağış nəticəsində yeni paltar və ayaqqabılarını geyinən məşhurların əhvalı pozulub.

Tez zamanda onlar zala dəvət olunub və açılış mərasiminin rəsmi hissəsi başlayıb. İlk gün hind rejissoru Radcamaulinin “Baxubali. Yekun” adlı filmi nümayiş olunub.

 

Festival iyunun 29-na qədər davam edəcək. Burda 247 film nümayiş olunacaq. Onlardan 153-ü qısametrajlı filmlərdir.