00:00 - 29 İyun 2017

12-19 oktyabrda Bakıda "DocuBaku”I Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti yerli KİV-Ə istinadən xəbər verir ki, belə bir hadisə paytaxtda ilk dəfə keçiriləcək və Bakıda ənənəvi keçirilən illik Avropa kinosu festivalı ilə paralel olaraq təşkil olunacaq.


Tamaşaçılar Avropa və Azərbaycan rejissorlarının 20-dən çox filmini izləyə bilər. Bu ilki festival tolerantlıq mövzusuna həsr olunacaq. 
Festival çərçivəsində Avropa rejissorları ilə görüşlər, müxtəlif seminarlar təşkil olunacaq.