Ana səhifə  |   Az  |   Ru  |   En

Kann Kinofestivalının nəticələri elan edilib

70-ci beynəlxalq Kann Kinofestivalının nəticələri elan edilib.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, “Ən yaxşı ssenari” nominasiyasında yunan rejissoru Yorqos Lantimosun “Müqəddəs maralın qətli” qalib olub.

 

Jürinin prizini rus rejissoru Andrey Zvyagintsev “Sevgisizlik” dramına görə qazanıb.

 

“Ən yaxşı aktrisa” nominasiyasında Fatih Akının “Heç yerdən” filmindəki roluna görə Diane Kruger, “Ən yaxşı kişi” rolu nomianasiyasında mükafatı isə Linn Remsinin “Sən heç vaxt burda olmamısan” ekran işindəki roluna görə Xoakin Feniks alıb.

 

Amerikalı rejissor Sofiya Koppola “Başdan çıxarılan” filminə görə “Ən yaxşı rejssor işi” mükafatına layiq görülüb.

 

Festivalın “Qran pri”sini fransız Roben Kampiyon “Dəqiqədə 120 zərbə” filminə görə qazanıb.

 

Kann Kinofestivalının 70 illiyi ilə bağlı mükafatlar aktyorlar Uill Smitə və Nikol Kidmana təqdim olunub.

 

Nəhayət, festivalın baş - Qızıl Palma Budağı mükafatını iscveçli rejissor Ruben Estlund “Kvadrat” ekran əsərinə görə alıb. Film Fransa, Amerika, Danimarka və İsveçin birgə istehsalıdır.

 

Festivalın əsas müsabiqəsinə məşhur ispan rejissoru Pedro Almodovar rəhbərlik edirdi.

 

05.06.2017

Digər xəbərlər