00:00 - 13 Aprel 2017

19 aprel saat 17:00-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru,Əməkdar incəsənət xadimi Fikrət Əliyevin xatirə gecəsi keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, xatirə gecəsində görkəmli kinorejissorun keçdiyi həyat yolundan danışılacaq, çəkdiyi filmlərdən kadrlar nümayiş olunacaq, eyni zamanda rejissorun həyat və yaradıcıllığına həsr olunmuş fotosərgi də nümayiş olunacaq.

 

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.