00:00 - 17 Mart 2017

Qarşıdan ölkəmizdə milli bayram Novruz Bayramı gəlir.

 

Novruz bayramı gəlişi ilə ölkəmizə bahar gətirir.Bahar təravəti torpağı təbiəti oyadır.Təbiətin oyanması ilə insanların da fəaliyyəti genişlənir.Bütün dövlət təşkilatları, İdarələr və QHT-lər də milli bayramımız olan Novruz bayramını qeyd edir.Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da milli bayramımız olan Novruz bayramına böyük əhəmiyyət verir və kollektivi, İdarə heyəti, üzvləri ilə bu möhtəşəm bayramı təntənəli şəkildə qeyd edir.

 

Bu münasibətlə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bütün kinematoqrafçıları, veteran kino xadimlərini, kino ictimaətini, mədəniyyətə xidmət edən bütün insanları, əziz xalqımızı bu gözəl bayram münasibətiylə ürəkdən təbrik edir, onlara can sağlığı, əmin amanlıq, bol ruzi- bərəkət, yaradıcıllıq uğurları arzulayır.