00:00 - 15 Mart 2017

Tanınmış kinoşünas Aydın Dadaşov bu gün gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.
 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, bu barədə məlumatı KİV- ə mərhumun qardaşı oğlu, aktyor Əjdər Dadaşov məlumat verib.
 
Mərhumla vida mərasimi öz evində keçiriləcək və o, bir neçə ay öncə rəhmətə gedən həyat yoldaşının yanında dəfn olunacaq.
 
Aydın Dadaşov Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edirdi.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti vəfat edən Aydın Dadaşovun ailəsinə, yaxınlarına başsağlığı verir, səbr arzulayır.

 

Allah rəhmət eləsin !!!