00:00 - 14 Fevral 2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti SSRİ və Azərbaycanın Dövlət Mükafatları Larueatı “Şöhrət” ordenli Rasim Ocaqovun adına təqaüd təsis edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti bildirir ki, görkəmli kinorejissorun adına olan təqaüd Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və ən yaxşı oxuyan, istedadı ilə fərqlənən tələbəyə verilib.

 

“Rasim Ocaqov” təqaüdünə xalq artisti Eldar Quliyevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Masər Fuad oğlu Həsənov layiq görülmüşdür.