00:00 - 9 Fevral 2017

2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Yeni nəfəs1” ssenari müsabiqəsi keçirlilmişdir. Bu müsabiqədə yaşı 35-ə qədər olan gənclər iştirak etmişdir.Münsiflər heyətinin qərarı ilə ssenari müsabiqəsinin qalibi Natiq Rəsulovun “İkinci güllə” ssenarisi seçilmişdir.Bu ssenari öz orjinal üslubu ilə bir çox prodüserlərin diqqətini cəlb etmişdir.Nəticədə “Nərimanfilm” kinostudiyyasının maliyə dəstəyi ilə “İkinci güllə” ssenarisinə film çəkilmişdir. Fevral ayının 17-də saat 18:00 da “Azərbaycan” kinoteatrında həmin filmin təqdimat mərasimi keçiriləcək.

 

Təqdimat mərasimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının,“Nərimanfilm” kinostudiyyasının və "Azərbaycan" kinoteatrlarının təşkilatı dəstəyi ilə keçiriləcək.