00:00 - 4 Fevral 2017

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının iki üzvünün doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, xalq artisti Rafiq Əzimov və Tarıyel Qasımovun doğum günüdür.

Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub.

Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan S. Saninin "Dibdat bəy" (Dibdat bəy), İ.Səfərlinin "Göz həkimi" (İvanov), Ü.Hacıbəyovun "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb.

Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-cı ildə Xalq Artisti fəxri adı verilib.Prezident təqaüdçüsüdür.

 

Tariyel İsgəndər oğlu Qasımov 4 Fevral 1939-cu ildə  Ağstafanın Köçəskər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub.

İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.[3] 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967- ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub.

Azərbaycan SSR-in əməkdar (1979) və Azərbaycan Respublikasının xalq artistidir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti hər iki sənətkarı doğum günü münasibətiylə təbrik edir, onlara can sağlığı, yaradıcıllıq uğurları arzulayır.